Biləsuvar xəstəxanasında dava: Mühafizəçi xadiməni döydü

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi xadiməni döydüyü üçün saxlanılıb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, dava xəstəxanada mühafizəçi işləyən 1995-ci il təvəllüdlü Y.V. ilə 1980-ci il təvəllüdlü xadimə F.M. arasında baş verib.
Buna səbəb isə xadimənin analiz otağına yanında olan şəxsi növbədənkənar keçirməyə cəhd etməsi olub. Belə ki, Y.V. xadiməyə növbədənkənar xəstə keçirməyə görə irad bildirib. F.M isə mühafizəçiyə öz etirazını bildirərək, onu sinəsindən itələyib. Y.V. da xadimənin əməlindən əsəbləşərək, ona üç yumuruq zərbəsi vurub. Hər iki şəxs bir-birindən polisə şikayət edib.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Hər iki şəxs zərərçəkmiş şəxs kimi tanınıb.
Məhkəmə tərəflər arasında barışıq əldə edildiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verib.
Xatıradaq ki, ötən il Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının direktoru Məmmədtağı Əhmədovla görüşə bilməyən keçmiş işçisi Z.K. xəstəxanada səs-küy salıb, onu təhqir etdiyi üçün saxlanılmışdı.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












