Bir milyonun izini itirmək üçün qəza törətdi, oğurlandığını dedi

İki nəfərə qarşı 1 milyon manatdan artıq dələduzluq etməkdə təqsirləndirilən Ceyhun Zeynalovun cinayət işində maraqlı detallar üzə çıxıb. İstintaq zamanı aydın olub ki, Ceyhun pulların oğurlandığı görüntüsü yaratmaq üçün avtomobillə qəza törədib. Sonra da pulların avtomobildən oğurlandığını deyib.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, Ceyhunun işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Məlumata görə, Ceyhun tanışları Rahil Əsgərov və Şaiq Hüseynovu aldadıb. O, Rusiyadan kartof toxumu gətirmək üçün Şaiq Hüseynovdan 265 min manat alıb. Rahil Əsgərovdan isə 880 min manat alıb və ona valyuta alqı-satqısından aylıq 10 faiz gəlir əldə edəcəklərini vəd edib.
Ceyhun Zeynalov zərərçəkmişlərin pulunu ödəyə bilmədiyini görərək plan qurub. Plana əsasən, Ceyhun idarə etdiyi, qohumuna məxsus “VAZ-21154” markalı avtomobillə Salyan rayonu ərazisində bilərəkdən qəza törədib. O, avtomobili yol kənarındakı betona çırpıb və nəticədə özü də xəsarət alıb.
Xəstəxanaya aparılan Ceyhun yanına gələn qohumlarına maşında külli miqdarda pul olduğunu, dərhal gedib götürmələrini deyib. Lakin qəza baş verən əraziyə gedən şəxslər pul tapa bilməyiblər. Ceyhun pulun oğurlandığını deyib. Lakin zərərçəkmişlər buna inanmayıb və polisə müraciət edib. Bu zaman Ceyhun Zeynalovun yalanı üzə çıxıb.
Məlumata görə, Ceyhun Zeynalov digər zərərçəkən Rahil Əsgərovdan 880 min manatı Rusiyadan valyuta alqı-satqısı üçün alıb. Pullar Rusiyada “Sberbank”da ayrı-ayrı şəxslərin adına açılmış hesablar vasitəsilə ölkədən çıxarılıb.
Rahil Əsgərov ifadəsində deyib ki, Ceyhun bahalı geyimi, lüks maşında gəzməsi ilə onu aldada bilib. Onun sözlərinə görə, əvvəlcə az məbləğdə pul verib və qarşılığında qazanc əldə edib. Sonradan verdiyi külli miqdar isə Ceyhun tərəfindən ələ keçirilib.
Ceyhun ittihamla razılaşmayaraq deyib ki, Rahil Əsgərovdan deyildiyi qədər pul almayıb. O, R.Əsgərovun verdiyi pulları Rusiyada dediyi şəxslərə çatdırdığını bildirib. Əlavə edib ki, Rahil Əsgərova cəmi 11 min manat borcu qalıb.
Şaiq Hüseynovla bağlı ittihamla da özünü təqsirli bilməyərək deyib ki, Şaiqə olan borcun bir hissəsini ödəyib və qalan məbləğin ödənilməsi ilə bağlı da razılığa gəliblər.
Məhkəmə araşdırması zamanı məlum olub ki, Şaiq Hüseynov əvvəlcə məhkəmədə şikayətçi olmadığını desə də, sonradan fikrini dəyişib və zərərin 196 min manatının ödənilmədiyini bildirib.
Digər zərərçəkmiş Rahil Əsgərov da şikayətçi olduğunu, 650 min manatının ödənilmədiyini deyib.
Şahid ifadələrindən də məlum olub ki, Ceyhun Zeynalov Masallı rayonu ərazisində fəaliyyət göstərən “Xan Çinar” və “Təzə Bazar” adlanan bazarlarda fərdi olaraq dollar və rubl alqı-satqısı ilə məşğul olurmuş.
Hökmə əsasən, Ceyhun Zeynalov Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Qohumların mübahisəsi silahlı DAVAYA ÇEVRİLDİ – 4 nəfər xəsarət aldı
“Lənkəran” sərhəd dəstəsi ƏMƏLİYYAT KEÇİRDİ: 11 kq-dan çox marixuanana ələ keçirildi
Şəmkirdə avtomobil 62 yaşlı piyadanı vuraraq öldürdü
Polşada azərbaycanlı sürücüyə HÜCUM OLUB - FOTO
Qadağan olunmuş məlumatları “TikTok”da yayan kişi - Həbs olundu
Yumurta boyda dolu yağdı; avtomobillərə ziyan dəydi - VİDEO
Xaçınçaya gələn seldə "Hyundai" batıb - FOTO - VİDEO
Polis çaya düşən azyaşlını xilas etdi - Babası boğuldu - VİDEO
DSX müsadirə olunmuş narkotikləri bahalı maşınlarla yandırmağa apardı - FOTO - VİDEO
Babək prospektində təhlükəli anlar: Piyada motosikletlə az qala toqquşacaqdı - VİDEO
Azərbaycanda milyonluq “şirkət tələsi” quranlar - Həbs olunublar










