Bir yerdə yeyib-içən 4 dostun meyiti tapıldı

Sabunçu rayonunda meyiti tapılan 4 nəfərin ölümü ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, onların spirtdən zəhərləndiyi ehtimal olunur. İlkin məlumata görə, kimliyi məlum olmayan şəxslər bir yerdə texniki spirt qəbul edib.
Onların yeyib-içdikləri yerdən texniki spirt qabları tapılıb.
**
Bakıda 4 nəfərin meyiti tapılıb.
Avtosfer.az lent.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində iki qonşunun meyiti öz evlərində aşkar edilib. Araşdırmalar zamanı meyiti tapılan qonşuların ötən gecə başqa iki nəfərlə birlikdə yeyib içdiyi məlum olub.
Dərhal digər iki nəfərin evinə gedən əməliyyatçılar həmin şəxslərin də öldüyünü müəyyən ediblər.
Hadisə ilə bağlı polis, prokurorluq və kriminalistlərdən ibarət istintaq qrupu yaradılıb.
Onların ölüm səbəbləri hələlik məlum deyil. Ölümün qida zəhərlənməsindən, yaxud başqa səbəblərdən ola bilməsi ehtimallarını nəzərə alaraq müvafiq ekspertizalar təyin edilib.
Hazırda araşdırmalar davam etdirilir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












