“Bu qədər pulu haradan əldə ediblər?” - Elariz kürəkəninin həbsindən danışdı

Ötən gün üç sahibkarın 4 milyon manatını ələ keçirmə ittihamı ilə həbs edilən birjaçının müğənni Elariz Məmmədoğlunun kürəkəni olması barədə məlumat vermişdik.
Avtosfer.az xəbər verir ki, uzun müddətdir Amerikada yaşayan müğənni "Globalinfo"ya açıqlamasında kürəkəni Nizami Alışanın həbsinə münasibət bildirib.
“Çox qəribədir, niyə soruşmurlar ki, Babək Məmmədzadə, Zeynal Usubov, Yadigar İsrafilov bu qədər pulu hardan əldə ediblər? Şər və böhtan atmaq asan bir işdir indiki vaxtda. Heç kim vicdan əzabı çəkmir. Mən Elariz Məmmədoğlu neçə ildir məşhur müğənni statusundayam, amma bu qədər vəsaiti təsəvvür edə bilmirəm”.
Fotoda: Nizami Alışan
(2).jpeg)
Müğənni iddia edir ki, cinayət barəsində də ilk dəfə indi xəbərdar olub:
“Bilmirəm, mən yaradıcı insan, incəsənət adamı olduğum üçün belə şeyləri məndən gizlədirlər. Yalnız sizdən öyrəndim”.
Qeyd edək ki, cinayətin üstünü Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi açıb.
İttihama görə, Nizami üç zərərçəkmişə valyuta alqı-satqısı ilə yaxşı gəlir vədi verib onların 4 milyon manatdan çox pulunu ələ keçirib.
Zərərçəkmişlər “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə, Nərimanov Rayon Prokurorunun sabiq müavini Zeynal Usubov və başqa sahibkar Yadigar İsrafilovdur.
Nizami özü isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun bir neçə il əvvəl vəfat edən atası isə polkovnik Akif Alışanovdur. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












