"Bu Şəhərdə" konsertində gözlənilməz DAVA: Qadın ərini başqa biri ilə tutdu - VİDEO

Bakıda keçirilən “Bu Şəhərdə” konsertində tamaşaçılar planlaşdırılmış səhnə şousundan əvvəl gözlənilməz bir real həyat dramının şahidi olublar.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, hadisə 23 fevral 2025-ci ildə, konsert başlamamışdan əvvəl baş verib. Zal dolu olduğu bir anda bir qadın ərini başqa bir qadınla tamaşaya gəlmiş halda görübmüş. Və bundan sonra artıq əsas tamaşa səhnədə yox, zalda baş verib.
Qəzəblənmiş qadın dərhal ərinə yaxınlaşaraq qışqıra-qışqıra sorğu-suala çəkib, daha sonra isə səbrini saxlaya bilməyib və mübahisə əlbəyaxa davaya çevrilib. Tamaşaçılar gözlənilməz səhnəni izləyərkən müdaxilə etməyə çalışan insanlar vəziyyəti sakitləşdirməyə çalışıblar.
Maraqlısı budur ki, bu qeyri-adi “şou”nun şahidi olan bəzi tamaşaçılar bunun konsertin bir hissəsi olduğunu düşünüb. Lakin məsələ ciddiləşəndə və real dava halı alanda, qadınlar saçyoldusuna çıxanda zalda uğultu, sonra isə alqışlar səslənib.
Bir çox istifadəçi isə bu hadisəni “Bu Şəhərdə”nin ən real və təsirli səhnəsi” adlandırıb.
Hadisədən sonra nələrin baş verdiyi və ərlə arvadın münasibətinin necə davam edəcəyi bilinmir. Lakin bir şey dəqiqdir – o axşam konsertdə “gülməli səhnələr” təkcə aktyorların ifasında baş verməyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












