Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb

Cəlilabadın Moranlı kəndində atası ilə su quyusuna düşən qızın da meyiti tapılıb.
"Report"un məlumatına görə, xilasedicilər tərəfindən su quyusundan 2004-cü il təvəllüdlü Nəsibə Məmmədovanın meyiti aşkar olunub.
Qeyd edək ki, ondan əvvəl isə qızın atası 1981-ci il təvəllüdlü Həsənağa Məmmədovun meyiti tapılmışdı.
Hər iki meyit müayinə olunması üçün rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
**
Cəlilabad rayonunun Moranlı kəndində su quyusuna düşən ata və qızının şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, onlar 1981-ci il təvəllüdlü Həsənağa Məmmədov və onun 2004-cü il təvəllüdlü qızı Nəsibə Məmmədovadır.
Qeyd edək ki, xilasedicilər atanın meyitini təxminən 15 metr dərinliyi olan su quyusundan tapıb. Hazırda quyuda olduğu ehtimal edilən qadının axtarışları aparılır.
**
Cəlilabad rayonunda ata və övladının su quyusuna düşdüyü ehtimal olunur, atanın meyiti tapılıb.
Hadisə rayonun Moranlı kəndində qeydə alınıb.
Belə ki, Fövqəladə Hallar Nazirliyinə (FHN) 20 yaşlı qadının təxminən 15 metr dərinliyi olan su quyusuna düşdüyü barədə məlumat daxil olub. Hadisə yerinə gələn xilasedicilər quyudan həmin qadının atasının meyitin aşkar ediblər. Həmçinin 20 yaşlı qadının da quyuda olduğu ehtimal edilir. Hazırda onun xilas edilməsi üçün əməliyyat aparılır.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadası da cəlb olunub.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Şəkidə avtomobil piyadanı vuraraq öldürdü
Bakı-Qazax yolunda TIR yanır - VİDEO
Ağdamda traktor minaya DÜŞDÜ - YENİLƏNİB
Dava salan sərnişini təyyarənin kreslosuna skoçladılar
Sürücülük vəsiqəsi olmadan maşın sürən narkoman sürücü HƏBS EDİLDİ - FOTO
Bakıda ərinin maşınına hücum edən qadın CƏZALANDIRILDI - VİDEO - YENİLƏNİB
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO - YENİLƏNİB
Yol dağılıb, çuxurlar dərinləşib: Çirkab sular da vəziyyəti ağırlaşdırır - VİDEO
Sərnişin avtobusunun yararsız təkərlə xəttə çıxması iddiası ilə bağlı AÇIQLAMA - VİDEO
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB










