Cənubi Koreyada təyyarə QƏZASI: 176 nəfər ölüb - VİDEO (YENİLƏNİB)

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, üç nəfər itkin düşmüş hesab olunur.
Məlumata görə, “Jeju Air” aviaşirkətinin qəzaya uğramış təyyarəsində 10 yaşadək azı beş uşaq olub.
Ümumilikdə, təyyarədə 175 sərnişin olub.
***
Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 167 nəfərin öldüyü təsdiqlənib.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 181 nəfər olub.
Bundan əlavə, Muan Beynəlxalq Hava Limanında təyyarənin qəzaya uğraması ilə əlaqədar bütün daxili və beynəlxalq reyslər ləğv edilib.
***
Cənubi Koreya “Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysinin yerinə yetirən “Boeing 737” sərnişin təyyarəsinin Muan şəhərində qəzaya uğraması nəticəsində ölənlərin sayı artıb.
Avtosfer.az xəbər verir ki, xilasedicilər 179 nəfərin öldüyünü açıqlayıb. Qəzadan cəmi 2 nəfər sağ çıxıb. 85 nəfərin cəsədi aşkarlanıb. İtkin düşənlər isə ölmüş hesab olunur. Bildirilib ki, təyyarənin yanmış qalıqları arasında kiminsə sağ çıxması real hesab olunmur. Hazırda cəsədlərin müəyyən edilməsi işləri aparılır.
qalanlar barədə məlumatların fərqli olduğunu bildirir. İddia edilir ki, iki qadın və bir ekipaj üzvü xilas olub. “Reuters”in məlumatına görə, iki ekipaj üzvü - bir kişi və bir qadın xilas olub.
***
Cənubi Koreyanın Muan şəhərində sərnişin təyyarəsinin eniş edərkən qəzaya uğraması nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Son xəbərlərə görə, təyyarə qəzasında 2 nəfər sağ qalıb.
Qəzaya uğrayan Boeing 737-800 (737-8AS) təyyarəsi 2009-cu ilin avqustunda istehsal edilib. Layner nisbətən yeni hesab olunur və “Jeju Air” şirkətinin ümumilikdə, 2023-cü ilin sentyabrına qədər 39 belə təyyarəsi var.
“Jeju Air” şirkətinin Bankonq-Muan reysini yetirən yetirən təyyarə yerli vaxtla saat 9:00 radələrində eniş etdikdən sonra uçuş zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. Təyyarənin göyərtəsində 175 sərnişin və 6 heyət üzvü olub.

***
Cənubi Koreyanın Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarənin qəzaya uğraması nəticəsində azı 28 nəfər həlak olub.
Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub. Belə ki, Banqkokdan gələn təyyarə eniş zolağından kənara çıxıb və hasara çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, quşlarla toqquşduğu üçün təyyarənin eniş mexanizmləri işləməyib.
Avtobusdan düşən kimi yola qaçan qadın qəzanın bir addımlığından döndü - VİDEO
"Neftçilər" stansiyası yaxınlığında yanan avtomobil söndürüldü - VİDEO - YENİLƏNİB
Metroda problem yarandı - Qatarlar gecikir
Əri öləndən sonra evdən qovuldu, maşın vurub öldürdü - Şəmkirdə ukraynalı qadının dramı
Bu şəhərdə 22 yaşlı gənc bıçaqla 30 avtomobilin təkərini deşdi – ANBAAN VİDEO
Sosial şəbəkələrdə əxlaqsız paylaşımlara cəza sərtləşdirilir - Sərt xəbərdarlıq
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR - YENİLƏNİB
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO










