Cinayət işinə xitam “verdirən”, sosial ev “paylayan” taksi sürücüsü

Özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşı kimi təqdim edərək dələduzluq əməlində təqsirləndirilən şəxsə hökm oxunub.
Avtosfer.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Zamiq adlı şəxs Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddələri ilə mühakimə olunaraq 2 il 5 müddətinə azadlıqdan məhrum edilib.
İş materiallarından aydın olur ki, taksi sürücüsü işləyən Zamiq əvvəlcə İ.A. adlı müştərisini aldadıb. O, müştərisinə ƏƏSMN-də işlədiyini, istirahət günlərində isə boş olduğu üçün taksi fəaliyyəti ilə məşğul olduğunu bildirib.
Söhbət zamanı İ.A. sosial evlər layihəsi çərçivəsində mənzil almaq istədiyini bildirib. Zamiq isə nazirlik işçisi kimi ona bu məsələdə yardım edə biləcəyini deyib. Təbii ki, bu yardımın qarşılığı olmalıdır. Zamiq də bu yolla İ.A.-nın 18 300 manat pulunu mənimsəyib.
Daha sonra isə başqa bir şəxsə oğlunun cinayət işinin icraatına xitam verəcəyini deyərək ona qarşı da dələduzluq əməli törədib. Zamiq bu şəxsdən də 8000 manat pul alıb.
O, məhkəmədə özünü təqsirli bilərək, əməlindən peşman olduğunu deyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












