COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var

Taylandda koronavirusa yoluxma halları kəskin surətdə artaraq təxminən 140 minə çatıb. Onların arasında onlarla Rusiya vətəndaşı da var. Təkcə son bir ay ərzində krallıqda 65 min insan xəstələnib.
Avtosfer.az xəbər verir ki, rəsmi rəqəmlərlə yanaşı, uçota alınmayan hallar da mövcuddur. Belə ki, Tayland xəstəxanaları statistikanı pisləşdirməmək üçün dəqiq diaqnoz qoymağa tələsmirlər. Xəstəliklərə Nəzarət Departamentinin məlumatına görə, ölkədə COVID-19 səbəbindən 26 nəfər ölüb.
Belə ağır hallardan birində Xabarovsk sakini Aleksandr Taylandda demək olar ki, ölümlə üz-üzə qalıb. Reanimasiya xərcləri üçün onun ailəsindən bir milyon rubl tələb edilib. Komasına düşən və yaddaşını itirən kişinin müalicəsi üçün həyat yoldaşı pul toplamaq məcburiyyətində qalıb.
Taylandda ona rəsmi olaraq bakterial pnevmoniya diaqnozu qoyulub. Turist 60 nəfərlik ümumi palatada beş gün reanimasiyada qalsa da, ailəsinin sözlərinə görə, orada müalicə olunmayıb. Daha sonra yerli həkimlər onun Rusiyaya uçmasına icazə veriblər.
Xabarovskda təyyarənin trapında Aleksandrı FHN-ə məxsus maşın qarşılayıb və o, infeksion şöbəyə yerləşdirilib. Rusiya həkimləri isə xəstədə koronavirusu təsdiqləyiblər./nocomment.az
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO
Biləcəridə qırılan ağac yola düşdü - VİDEO
Müşfiqabadda heyvanlara qarşı vəhşilik bitmir: İti öldürüb zibilliyə atdılar - VİDEO
”Qış parkı”nın yaxınlığındakı sədd velosipedçiləri sürücülərdən gizlədir - VİDEO
Yeni Yasamalda sürücülər çuxura düşüb yollarına davam edirlər - VİDEO
Bakıda açıq dəlik velosiped sürücüsünü təhlükə ilə üz-üzə qoydu - VİDEO
Sürücü hündürlükdən yıxılıb öldü - FOTO
Şəmkirdə qan çanağına çevrilən yol: "Burada iki nəvəm öldü" - VİDEO











