"Cybertruck"ı partladan amerikalı cinayəti "ChatGPT" vasitəsilə hazırlayıb

"Tesla Cybertruck" elektromobilini Las-Veqasda (Nevada ştatı) ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampa məxsus hotelin yanında partlatmaqda şübhəli bilinən şəxs öz cinayətini hazırlayarkən "ChatGPT" generativ süni intellektindən istifadə edib.
Avtosfer.az-ın NBC-yə istinadən verdiyi məlumata görə, bu barədə şəhər polisinin şerifi Kevin Makmahill məlumat verib.
Bildirilir ki, şübhəli şəxs Metyu Livelsberger süni intellekt vasitəsilə ona nə qədər partlayıcı lazım olacağını və harada fişəng ala biləcəyini öyrənməyə çalışıb.
"Bizdə şübhəli şəxsin hücumu planlaşdırmaq üçün "ChatGPT" süni intellektindən istifadə etdiyinə dair sübutlar var", - deyə şerif bildirib.
(oxu.az)
Şerif qeyd edib ki, bu, ABŞ ərazisində "ChatGPT"dən bu məqsədlə istifadənin ona məlum olan ilk halıdır.
"Biz başa düşürdük ki, süni intellekt bu və ya digər şəkildə həyatımıza dəyişikliklər gətirəcək", - deyə Makmahill əlavə edib.
Polis şübhəli şəxsin sorğularına süni intellektin hansı cavabları verdiyini açıqlamayıb.
"ChatGPT"ni hazırlayan "OpenAI" şirkətinin nümayəndəsi bildirib ki, onların süni intellekt modelləri cinayətlərin planlaşdırılması üçün nəzərdə tutulmayıb və qanunsuz hərəkətlərdən çəkindirir.
"Bu hadisə bizi kədərləndirib, biz süni intellekt alətlərindən məsuliyyətli istifadə ideyasına sadiqik. Modellərimiz zərərli təlimatlar verməmək və zərərli kontenti minimuma endirmək üçün hazırlanıb. Bu halda "ChatGPT" artıq internetdə sərbəst əlçatan olan məlumatlarla cavab verib, həmçinin zərərli və qanunsuz hərəkətlərdən çəkindirməyə çalışıb", - deyə "OpenAI"nin nümayəndəsi bildirib.
Xatırladaq ki, yanvarın 1-də Las-Veqasda "Trump International Hotel"in 64 mərtəbəli binasının yanında "Tesla Cybertruck" pikapı partladılıb. Hadisə nəticəsində bir nəfər (şübhəlinin özü) həlak olub, daha yeddi nəfər xəsarət alıb. Partlayışda şübhəli bilinən şəxs məzuniyyətdə olan ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin çavuşu olub. KİV-in məlumatına görə, o, Əfqanıstanda xidmət edib, həmçinin Gürcüstana, Konqo Respublikasına və Ukraynaya göndərilib, lakin hansı statusda və nə vaxt orada olduğu dəqiqləşdirilmir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












