Daşkəsəndə gəlini tərəfindən baltalanan qadın xəstəxanada ölüb

Avqustun 4-də Daşkəsən rayon sakini Tahirə Qurbanovanın almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1982-ci il təvəllüdlü Səidə Həsənovanın iyulun 27-də rayonun Xoşbulaq kəndində onunla eyni ünvanda yaşayan qayınanası 1958-ci il təvəllüdlü Tahirə Qurbanovanın baş nahiyyəsinə balta ilə zərbələr endirərək xəsarət yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Daşkəsən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin istintaqı aparılır.
İbtidai istintaq davam etdirilir.
**
Daşkəsən rayon Xoşbulaq kəndində balta xəsarətləri alan qadın xəstəxanada dünyasını dəyişib.
“Report”un məlumatına görə, 1958-ci il təvəllüdlü Tahirə Məmməd qızı Qurbanova müalicə aldığı xəstəxanada vəfat edib.
Xatırladaq ki, T.Qurbanovaya iyulun 27-də Xoşbulaq kəndində mübahisə zəminində balta ilə bir neçə xəsarətlər yetirilmişdi.
Hadisəni törətməkdə şübhəli bilinən isə onun gəlini, 1982-ci il təvəllüdlü Səidə Həsənovadır.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












