“Delta” sərnişinlərə qəza enişi ilə bağlı təzminat ödəyəcək

ABŞ-ın “Delta” aviaşirkəti Kanadanın Toronto şəhərində qəza enişi edən təyyarəsinin zərər çəkən sərnişinlərinə 30 min dollar təzminat təklif edib.
Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, aviaşirkətin yaydığı məlumata görə, təzminatın ödənilməsi şərtsiz həyata keçiriləcək və sərnişinlərin hüquqlarına onun heç bir təsiri olmayacaq.
Xatırladaq ki, ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərindən havaya qalxan təyyarə fevralın 17-də Torontoda qəza enişi edib. Göyərtəsində 80 nəfərin olduğu təyyarə hava limanının uçuş-eniş zolağına çırpılaraq arxası üstə çevrilib. Hadisənin səbəbləri hələ ki, məlum deyil. Qəza nəticəsində 21 sərnişinin yaralandığı bildirilir.
Son zamanlar Şimali Amerikada bir neçə təyyarə qəzası baş verib. Yanvarın sonunda Vaşinqtonda sərnişin təyyarəsi eniş edərkən hərbi helikopterlə toqquşub. Qəza zamanı hər iki nəqliyyat vasitəsinin göyərtəsindəki 67 nəfərin hamısı həlak olub. İki gün sonra Filadelfiya üzərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində yeddi nəfər ölüb.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












