Deputatın sifariş verdiyi qətlin təfərrüatı məlum olub

Rusiya Federasiya Şurasının üzvü Dmitri Savelyevin cəzaçəkmə müəssisəsində biznes ortağı Sergey İonovun qətlini sifariş etməsi ilə bağlı bəzi detallar məlum olub.
APA-nın verdiyi xəbərə görə, Sergey İonov Dmitri Savelyevin təsisçisi və senatorun oğlunun direktoru olduğu “Optomonitorinq” MMC-də 1,6 milyon rubl mənimsədiyini etiraf edib və ziyanın da bir qismini ödəyib.
Məhkəmə bu əməlinə görə Sergey İonovun 2,5 il azadlıqdan məhrum olunması barədə qərar verib. Ancaq ziyanın bir qismini ödəməsinə və 2,5 il azadlıqdan mərhum olunmasına baxmayaraq, Dmitri Savelyev qisas almaq niyyətindən vaz keçməyib, cəzaçəkmə müəssisəsindəki Sergey İonovun qətlinin sifarişi üçün 10 milyon rubl ödəyib. Bu, ödənilən qisim çıxıldıqdan sonra vurulan ziyanla müqayisədə 10 dəfədən çoxdur.
Qeyd edək ki, avqustun 2-də Federasiya Şurasının iclasında toxunulmazlığı ləğv edilən senator saxlanılıb. Dmitri Savelyev Rusiyanın Federal Penitensiar Xidmətinin keçmiş əməkdaşına Sergey İonovun qətlini sifariş verməkdə şübhəli sayılıb. Sergey İonov cəzaçəkmə müəssisəsində qətlə yetirilib, sonra isə saxta təcili yardım çağırış kartı və meyitin müayinəsi üçün protokol tərtib edilib. Bu məlumat ona çatdırıldıqdan sonra Dmitri Savelyev 10 milyon rublu (100 min dollar) qonorarı qatilə verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












