Dronla vurulan gəminin kapitanı həlak olub - FOTO

Ukraynanın Odessa sahilləri yaxınlığında Türkiyənin “Okean Maritime” şirkətinə məxsus içində 11 nəfər azərbaycanlı olan “Atlas Bey” mülki ticarət gəmisi dron hücumuna məruz qalıb. Hücumdan sonra kapitan istisna olmaqla, digər ekipaj üzvləri Odessa şəhərində sahilə çıxarılıb.
Avtosfer.az xəbər verir ki, “Dənizçilərin İctimai Birliyinin” sədri İlham Nəsirov gəminin kapitanı Səməd Nəsrullayevin həlak olduğunu bildirib.
Birlik sədri öz vəzifə borcunu yerinə yetirərkən amansız hücumun qurbanı olan kapitanın yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də hücum barədə məlumat yayıb. Məlumatda xilas edilən ekipaj üzvlərinin vəziyyətinin qənaətbəxşt olduğu, kapitanın axtarışı istiqamətində tədbirlər görüldüyü qeyd edilib.
Kapitan İlham Nəsirovun fotosunu təqdim edirik:

Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












