“Elçinin basdırması” bağlandı - FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 27A, mənzil 77 ünvanında Fəttahov Elçin Rişad oğluna məxsus “Elçinin basdırması” adlı iaşə obyektində monitorinq aparıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Qida obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, müəssisədə çiy toyuq dönərinin emalı prosesi zamanı çarpaz çirklənmənin baş verdiyi, emal sahəsinin divarının asan yuyulub-təmizlənə bilən materialla üzlənmədiyi, qida məhsullarının, alət və ləvazimatların yuyulması prosesinin eyni yuma çanağında həyata keçirildiyi, havalandırma sisteminin quraşdırılmadığı və işçilərin sağlamlıq arayışlarının olmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












