Ərindən şiddət gördüyü deyilən müəllimlə bağlı - AÇIQLAMA

“Ali təhsilli müəllim əri tərəfindən zorakılığa məruz qalıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, hazırda sığınacaqda olan xanıma psixoloji yardım göstərilir:
“Vəkilimiz onun hüquqlarını qoruyacaq. Bütün bədəni bu vəziyyətdə olan xanımın ərinə qarşı tezliklə ciddi tədbirlərin görüləcəyinə inanırıq”.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Sabirabad rayonunda həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan qadın bu barədə polisə məlumat verib.
Onun izahatı alınıb və polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilməsi təmin edilib.
Zərərçəkən şəxs xəsarətlərinin dərəcəsinin təyin edilməsi üçün ekspertizaya göndərilib. Hadisəyə hüquqi qiymətin verilməsi və qadına zorakılıq etdiyi iddia olunan həyat yoldaşının ifadəsinin alınması, eləcə də digər zəruri prosessual hərəkətlərin həyata keçirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












