Etirazçılar və polis arasında qarşıdurma: azı 50 polis yaralanıb - FOTO

İngiltərənin Sautport şəhərində etirazçılar və polis arasında qarşıdurma yaranıb.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, hadisə nəticəsində azı 50 polis əməkdaşı yaralanıb, onlardan 27-si xəstəxanaya aparılıb. Polis maşını etirazçılar tərəfindən yandırılıb.
Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı əli bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib. Etirazçılar və polis arasındakı qarşıdurma isə dünən gecə (iyulun 30-da) qurbanların xatirəsini yad etmək üçün keçirilən dinc aksiyadan bir neçə saat sonra baş verib.
Sautport üzrə deputat Patrik Hörli iğtişaşçıların bu şəhərdə yaşamadığını, başqa bölgələrdən bura üz tutduqlarını açıqlayıb:
"Bu şəxslər Sautportda yaşamırlar. Onlar hadisədən zorakılıq və nifrət yaratmaq üçün istifadə etdilər və bu, həyatını itirən uşaqların valideynlərinin istədiyi bir şey deyil. Etirazçıların bu hərəkəti ailələrə qarşı böyük bir hörmətsizlikdir", - deyə açıqlama verib.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












