Evin divarı çökdü: 9 azyaşlı ölüb

Hindistanın mərkəzindəki Madhya-Pradeş ştatında güclü yağışlardan sonra evin divarının çökməsi nəticəsində 10-15 yaş arası doqquz uşaq və yeniyemə ölüb.
“Report” xəbər verir ki, bu barədə PTI agentliyi məlumat yayıb.
Hadisə dini tədbir zamanı baş verib. Uşaqlar dağılmış evin yaxınlığında quraşdırılmış çadırda olublar. Divarın çökməsi nəticəsində iki uşaq hadisə yerində, daha yeddi nəfər isə xəstəxanaya aparılarkən və ya tibb müəssisəsində ölüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə zamanı daha bir neçə uşaq yaralanıb. Yaralılar xəstəxanada müalicə olunurlar. Onların həyatı üçün təhlükə yoxdur.
Son həftələr yağan güclü yağışlar Hindistanın müxtəlif bölgələrində kütləvi daşqınlar, torpaq sürüşmələri və binaların, yolların və körpülərin dağılmasına səbəb olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












