Evlənəcəyinə söz verdi, qızın evindən qızılları OĞURLADI

Abşeronda evlənəcəyi qadının evindən oğurluq edən şəxsə hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü R.T. Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilib və cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, R.T. "TikTok" sosial şəbəkəsi vasitəsilə A.S. adlı qadınla tanış olub. Onların tanışlığı sevgi münasibətinə çevrilib. A.S. təqsirləndirilən şəxsin onunla evlənəcəyinə inanıb, Xırdalan şəhərində yerləşən evinə dəvət edib.
R.T. həmin mənzildəki masanın üzərinə qoyulmuş əl çantasının içərisində olan pul kisəsindən 200 manat pulu, 510 manat dəyərində 300 ABŞ dollarını, yataq otağındakı paltar dolabında olan karton qabın içərisindən bir cüt çəkisi 8,2 qram olan 750 əyarlı, 820 manat dəyərində qızıl sırğanı, bir cüt çəkisi 4,8 qram olan 585 əyarlı, 336 manat dəyərində qızıl sırğanı, bir ədəd çəkisi 1,4 qram olan 585 əyarlı, 168 manat dəyərində qızıl üzüyü, bir ədəd çəkisi 1,3 qram və üzərində 1,2 qram çəkisi olan qızıl kulonla birlikdə 585 əyarlı, 211 manat dəyərində qızıl boyunbağını, bir ədəd çəkisi 1,47 qram olan 585 əyarlı, 102,9 manat və bir ədəd çəkisi 0,7 qram olan 585 əyarlı, 49 manat dəyərində iki ədəd qızıl qolbağı oğurlayıb.
Təqsirləndirilən şəxs qadının evindən oğurladığı pulları və qızıl əşyalarını girov qoyub götürdüyü pulların bir hissəsini öz ehtiyaclarına, digərini isə internet vasitəsilə oynadığı mərc oyunlarına xərcləyib.
Məhkəmənin qərarı ilə R.T.-ya 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO












