Fəlakətin astanasından döndülər: Eniş edən təyyarənin təkəri partladı - FOTO

Yaponiyanın paytaxtı Tokiodakı Haneda hava limanında fəlakətin astanasının qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, Yaponiya Hava Yollarına (JAL) məxsus, İşikava prefekturasının Komatsu hava limanından qalxan JL182 reys nömrəli Boeing 737-800 tipli təyyarənin sol təkərlərindən biri eniş zamanı partlayıb.
Qəzaya baxmayaraq, təyyarə 09.25 radələrində enişini təhlükəsiz şəkildə başa vurub. Hadisə zamanı göyərtədə olan 65 sərnişin və ekipaj üzvü arasında ölən və yaralanan olmayıb.
Bildirilib ki, taksi yoluna çəkilən təyyarə təkər dəyişdirildikdən sonra aprona yaxınlaşıb.
Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi uçuş-enmə zolağının təxminən 25 dəqiqə hava hərəkətinə bağlı qalması səbəbindən 15 reysin gecikdiyini açıqlayıb.
Bu gün eyni təyyarə ilə həyata keçirilməsi gözlənilən 2 reysin ləğv edildiyi bildirilib. Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.


(News24.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












