Formula 1-ə ayrılan pulların mənimsənilməsi ilə bağlı məhkəmə işi

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Çingiz Mehdiyevin vəkilləri məhkəməyə vəsatətlər təqdim edib.
Vəkil Hesablama Palatasının həmin dövrü əhatə edən yoxlama aktını təqdim edilməsi barədə vəsatət versə də, məhkəmə qəbul etməyib.
Halbuki vəkil Hesablama Palatasının dövlətdən malliyələşən qurumlarda audit yoxlama aparan ən mötəbər qurum olduğunu qeyd edib:
"Korupsiya qarşı Mübarizə Baş İdarəsi prokurorluğunun mütəxəssinin rəyinə əsaslanıb, ittiham irəli sürür. Onun bu cür araşdırma aparmağa səlahiyyət və bilgisi barədə cinayət işində heç bir məlumat yoxdu. Ümumiyyətlə işdə sadalanan rəqəmlər arasında uyğunsuzluq var. Belə ki, ittiham Çingiz Mehdiyevin 395 min manat mənimsədiyini iddia etsə də, 1.400.000 manat isə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırdıgını bildirir".
Vəkillər məhkəmənin ittiham yönümlü bir tərəfli aparılmasına etiraz edib. Onlar bir ilə yaxın müddətdə davam edən prossesdə heç bir vəsatətlərinin təmin olunmadığını qeyd ediblər.
Daha sonra vəkil vəsatətində bildirib ki, Gürcüstan bankından Çingiz Mehdiyevin anasının adına olan pullar vərəsəlik əsasında onun hesabına köçüb. Vəkil bununla bağlı sənədin sübutlara daxil edilməsini istəyib.
Çingiz Mehdiyev deyib ki, sözügedən pullar Gürcüstan bankında olub:
"Bununla bağlı Gürcüstan bankına müraciət etmişdik. Pullar anamın adına idi. Anam rəhmətə getdikdən sonra vəsait Gürcüstan bankında qalmışdı".
Çingiz Mehdiyev deyib ki, Azərbaycandan aldıqları vərəsəlik sənədini əvvəlcə tanınmayıb. Buna görə də pullar bir müddət Gürcüstan bankında ilişib qalıb. Daha sonra vərəsə kimi tanınıb və pul onun adına köçüb.
Vəkil bildirib ki, Çingiz Mehdiyevin hesabında 857 min dollar pul olub. Onun sözlərinə görə, bu vəsait Bakı Şəhəri Halqası Əməliyyat Şirkətindən mənimsənilən pullarla uyğun gəlmir.
Müdafiəçi növbəti vəsatətində Gürcüstan bankına müraciət edilməsini və məbləğin dəqiqləşdirilməsi üçün həmin maliyyə sənədlərinin məhkəməyə göndərilməsini xahiş edib.
Dövlət ittihamçısı deyib ki, cinayət işi üzrə lazım olan sənədlər məhkəməyə təqdim edilib və iş materiallarına əlavə olunub. İttihamçı vəsatətin təmin olunmamasını istəyib.
Məhkəmə məbləğlərin dəqiqləşdirilməsinə görə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatəti təmin etməyib. Bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.
Digər vəsatət təmin olunub. Belə ki, məhkəməyə təqdim olunan sənədlər cinayət işinin materiallarına əlavə olunub.
Vəkillər digər vəsatətlərində Hesablama Palatasının şirkətdə audit yoxlaması ilə bağlı faktların məhkəməyə göndərilməsini xahiş edib:
"Biz istəsək, verməyəcəklər. Xahiş edirik, məhkəmə bununla bağlı quruma müraciət etsin".
Dövlət ittihamçısı bildirib ki, sözügedən qurumun hər hansı bir sənədi əsas sayıla bilməz. İttihamçının sözlərinə görə, bu işi istintaq orqanı və məhkəmə həyata keçirir. O, vəsatətin təmin ediməməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti proses fevralın 3-də davam edəcək.
Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 yarışının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Prospektdə piyada qucağındakı azyaşlı ilə yolu qaçaraq keçdi - VİDEO
“Pepsi”nin maşını binanın fasadını uçurub aradan çıxdı - FOTOSESSİYA
Prospektdə arxa-arxaya hərəkət edən sürücü piyadanı vurdu - VİDEO
Neft Emalı Zavodundakı yanğın söndürülüb - YENİLƏNİB
İki dəfə sərxoş tutulan sürücünün 83 minlik maşını hərracda satılacaq – SƏRT QƏRAR
Qubada sürüşən yolda vəziyyət daha da pisləşdi - VİDEO
Göyçayda ağac maşının üzərinə aşdı - Yolda hərəkət dayandı - FOTOLAR
Bakıda kişi qadınlara qarşı görün nə etdi - Avtobusda ŞOK OLAY - VİDEO
Avtobusun altında qalmaqdan son anda qurtulan gənc qız sürücüyə irad bildirdi - VİDEO
Bakıda avtomobil təmiri sexində YANĞIN - VİDEO
Kafedə yemək yediyi yerdə boğuldu - Belə xilas etdilər - VİDEO










