Füzuli Musayev Bakıda DAVA SALAN KİKBOKSÇULARI qınadı

Paytaxtın Xətai rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq müəllimi, Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edilib. DSX zabitinə hücum edən idmançılar Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
İdmançıların qalmaqal yaratması cəmiyyətdə etirazlara səbəb olub.
Avtosfer.az xəbər verir ki, “Modern.az” mövzu ilə karate üzrə Avropa çempionu, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayevin fikirlərini öyrənib.
F.Musayev idmançılar arasında xoşagəlməz insidentin baş verməsindən təəssüfləndiyini vurulayıb:
“Onların hamısı tanınmış idmançılardır, gərək belə bir hadisə baş verməzdi. Bir idmançının, idman ustasının tərbiyəvi davranışı çox önəmlidir. Bir məşqçi idmançını fiziki cəhətdən hazırlaya bilər. Amma tərbiyəsi olmayan insanı fiziki olaraq hazırlaşdırmaq düzgün deyil. Bizim məqsədimiz idmançı yetişdirməkdir. İdmançılar çempionatlarda dövləti təmsil etməklə yanaşı, fiziki və şüur cəhətdən sağlam olmalıdırlar. İndi əfsuslar olsun ki, hamıya bunu istədiyin kimi çatdıra bilmirsən”.
F.Musayev qeyd edib ki, hansısa məşqçinin 100 tələbəsinin hamısı eyni ola bilməz:
“Təəssüflər olsun ki, bəzən belə xoşagəlməz hallar baş verir. Hər şey ilk növbədə müəllimin özündən asılıdır. Müəllim idmançıya yalnız döyüşməyi deyil, həm də cəmiyyət içərisində necə davranmağı öyrətməlidir.
Bəjs olunan hadisə idmançıların adına ləkədir, heç yaxşı hal deyil. Mən davada iştirak edənləri yaxşı tanıyıram, yaxşı idmançıdırlar. Onların arasında nə olduğunu deyə bilmərəm, amma burada federasiyanı günahlandırmaq doğru deyil. Heç kəs belə halların olmayacağına qarantiya verə bilməz. Mən bu günə qədər iki kikboksçunun arasında belə narazılıq olduğunu görməmişdim. Gözləməzdim ki, eyni federasiyanın idmançıları arasında belə bir insident yaşansın. Açıq deyək, federasiyanın çox yaxşı faəliyyəti, çoxsaylı çempionları var. İnsandan insana fərq var, burada federasiyanın heç bir günahı yoxdur”.
Bakıda məktəbli öldürüldü: Sinif yoldaşı tutuldu
Abşeronda toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır
Sükan arxasında sərxoş tutulan nazir həm avtomobilindən, həm də vəzifəsindən oldu
Bu ölkədə cərimə yol vergisindən daha səmərəlidir
Heyvanı buynuzundan bağlayıb başıaşağı saxladı: “Onsuz da kəsiləcək” - VİDEO
Öz kefi ilə hərəkət edən skuter sürücüsü az qala piyadanı vuracaqdı - VİDEO
Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB











