Gənc qız 20 gün bir yerdə yaşadığı oğlanı bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29,120.2.9-cu (ölümə cəhd) maddələri ilə təqsirli bilinən Veyisova Sehranə (ad şərtidir) məhkəməsinin növbəti iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, cinayət işində zərərçəkmiş qismində Famil Həsənzadə tanınıb. Məhkəmədə ifadə verən Famil Həsənzadə (ad şərtidir) bildirib ki, hadisə baş verən gün evdə içkili olublar: "20 gün idi bir yerdə yaşayırdıq. İntim yaxınlığımız olub könüllü surətdə. Qız mənə söyüş söydü gecə saat 1-2 radələrində. Sonra yatdıq, birdən ağrıdan ayıldım, Sehranə mənə dedi ki, sakit dur, bıçaqlayırdı məni. Qonşular köməyə gəldi. Şikayətçi deyiləm Sehranədən".
Zərərçəkən şəxsin ibtidai istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi arasında ziddiyyət olduğundan hakim 1-ci ifadəni elan etdi.
Təqsirləndirilən şəxs ayılan zaman özünü tamam lüt gördüyündən bu hadisəni törədib.
Məhkəmə prosesi şahidlərin dindirilməsi ilə bağlı mart ayının 11-nə kimi təxirə salınıb.
İttiham aktına görə, Sehranə Veyisova ötən ilin yanvar ayında Suraxanı rayonunda kirayə qaldığı mənzildə qeyri-rəsmi yaşadığı Famil yatdığı yerdə bir neçə bıçaq zərbəsi vurub. Belə ki, hər iki şəxs içkili olub və gecə cinsi əlaqədə olublar.
Səhər qız yuxudan oyananda özünü lüt vəziyyətdə görüb və axşam olanlar tamam yadından çıxıb. Və qisas almaq məqsədi ilə bıçağa əl atıb.
Qeyd edək ki, 18 yaşı təzə tamam olmuş Sehranə Azərbaycanın rayonlarının birindəndir. Hadisədən qabaq valideyinlərindən küsərək Bakıya qaçıb və Famillə tanış olaraq onunla bir yerdə yaşamağa başlayıb.(unikal)
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










