General və sabiq icra başçısı vəfat etdi - FOTO

General və sabiq icra başçısı olmuş Ərziman Əliyev vəfat edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Sfera.az-a Ə.Əliyevin yaxınları tərəfindən məlumat verilib.
Qeyd edək ki, o, 2004-2007-ci illərdə Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2007-ci ildə Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona general-mayoru rütbəsi verilib.
2016-cı ilə qədər DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi işləyən Əliyev polis orqanlarında xidmət keçmənin yuxarı yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Ə.Əliyev Daxili işlər orqanlarında xidmət etdiyi dövrdə "Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, Azərbaycan Prezidenti İlham Əliyevin 1 iyul 2011-ci il Sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












