“Gilavar” da dava - 5 nəfər saxlanılıb

Avqustun 4-nə keçən gecə Bakı şəhər Nərimanov rayonu Ə.Dəmirçizadə küçəsində yerləşən “Gilavar” restoranında dava-dalaş olub.
Avtosfer.az xəbər verir ki, restoranda istirahət edən 5 nəfər sərxoş vəziyyətdə uca səslə danışmağa, bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətməyə başlayıblar.
Restoran əməkdaşları tərəfindən polisə müraciət edildikdən sonra hadisə yerinə 18-ci Polis Bölməsinin əməkdaşları gəlib. Polisin qanuni tələbinə qarşı çıxan şəxslərdən biri aqressiv davranışlarını daha sonra da davam etdirib. Bundan sonra həmin şəxslərin hamısı saxlanılaraq polis bölməsinə aparılıb.
Onlardan ikisi - 1982-ci il təvəllüdlü Kamran Babayev və Elşən Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələri əsasında protokol tərtib edilib. Daha sonra onlar məhkəməyə göndərilib. Digər 3 nəfər isə izahatları alınaraq sərbəst buraxılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşənə 20 sutka inzibati həbs cəzası verilib. Kamran isə 50 manat cərimə edilərək sərbəst buraxılıb.
(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












