Gömrükdə böyük narkotik əməliyyatı; 110 kiloqramdan çox marixuana aşkarlandı - VİDEO

Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Avtosfer.az quruma istinadən xəbər verir ki, "Mazımqara" gömrük postunda İran İslam Respublikasından Gürcüstana "qarpız" yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib. Yükdə şübhəli cizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama zamanı içərisində "qarpız" yükü olan qutuların alt hissəsində xüsusi üsullarla gömrük nəzarətindən gizlədilən qablaşdırma aşkarlanıb. Nəticədə qablaşdırma ilə birlikdə ümumi çəkisi 110 kiloqram 300 qram olan xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək dövriyyədən çıxarılıb.
Qayda pozan piyadanın vecsizliyi sürücünün diqqətindən yayınmadı - VİDEO
DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı - VİDEO
Fira Cəlilovanın evinə basqın edildi - DİN-dən açıqlama - VİDEO
Xaçmazda quma batan maşını çıxarmağa gələn texnikalar da batdı - VİDEO
Bakıxanovda ağac budaqları sürücüləri əks yola çıxmağa məcbur edir - VİDEO
Biləcəridə aylardır qazılan yol sürücüləri tıxacda gözlədir - VİDEO
Xırdalanda avtobus qazılmış yolda ilişib qaldı - VİDEO
Nərimanovda qırılmış ağac təhlükəli vəziyyət yaratdı - VİDEO
Viski içib maşınla qayınatasıgilə getdi; 7 yaşlı uşağı vurub öldürdü
EGE Hospital baş tutmayan əməliyyata görə 6500 manat aldı - ŞİKAYƏT
Masazır dairəsində sürücülər boş zolaqdan istifadə edib yolu kəsirlər - VİDEO














