Goranboyda 9 otaqlı ev yandı

Goranboyda 9 otaqlı ev yanıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində baş verib.
Belə ki, kənd sakini Nizami Vəliyevə məxsus ümumi sahəsi 386 m² (hər mərtəbəsi 143 m², mansardası 100 m²) olan ikimərtəbəli mansarda tipli 9 otaqlı fərdi yaşayış evində anidən yanğın olub.
Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı ikimərtəbəli evin mansardasının yanar konstruksiyaları, ikinci mərtəbəsində 2 otağın tavanı və içərisində olan ev əşyaları 100 m² sahədə yanıb.
Yanğın söndürülüb, evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.Yanğının qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb, xəsarət alan olmayıb.
Qeyd edə ki, evin yanan Nizami Vəliyev Şuşa fahtehidir və ehtiyatda olan polkovnik-leytenantdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
(apa)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












