Göygöldə restoranda nöqsanlar aşkarlanıb - FOTO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları Göygöl rayonunun Zurnabad kəndində fəaliyyət göstərən “Su Səsi” restoranında yoxlama aparıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, yoxlama zamanı restoranda qida obyektinə dair sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib.
Baxış zamanı ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, saxlanma müddəti ötmüş qida məhsullarının satışının həyata keçirildiyi, məhsulların saxlanması zamanı temperatur rejiminin gözlənilmədiyi, obyektdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyət üçün ayrılmış soyunub-geyinmə otağının dolablar və sanitar-məişət avadanlıqlar ilə təmin edilmədiyi, qabların yuyulma və saxlanma sahəsində döşəmə və divar səthlərinin hamar və təmirli olmadığı, asan təmizlənmə və müntəzəm dezinfeksiya işlərinin aparılması üçün müvafiq şəraitin yaradılmadığı müəyyən edilib.
Faktlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək mənşəyi məlum olmayan və saxlanma müddəti ötmüş məhsulların satışı qadağan edilib.
Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












