Gözəlləşmək üçün salona gedən qadının başına iş gəldi - FOTO

Bakıda salona gedən qadının başına iş gəlib.
Avtosfer.az xəbər verir ki, Bakı sakini bu barədə sosial şəbəkədə paylaşım edərək kömək istəyib.
Qadın paylaşımında “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “Mone” gözəllik salonundan şikayətçi olduğunu bildirib. Fotodan görünür ki, xanımın alın nahiyəsinə tətbiq edilən lazer aparatı onun saçının ön hissəsini yandırıb.
Şikayətçi xanımın sözlərinə görə, lazeroloq hadisədən sonra bunu adi hal kimi qarşılayıb: “Lazeroloq xanım başımın təpə hissəsindəki saçımı yandırdı və günahkar da məni görüb, “başını tərpətdin” dedi. Halbuki mənə suallar verib söhbət edirdi. Diqqətsiz şəkildə saçımı yandırdı. Mənə deyir ki, “xanım, işdir də olub. Nə siz mübahisə aparın, nə mən mübahisə edim. Onsuz da olan olub”. Məni haqsız görüb, üzr belə istəmədi. Salonun digər işçisi də məni günahkar gördü. “Saçın yanmayıb, heç nə yoxdur”, dedi. Sonra özümü müdafiə edən zaman “Saçına toz səpmisən, o da şüanı çəkir, ona görə yanıb” dedi. Daha sonra isə mənə “siz problemli adamsınız” dedi. Ziyan görən də mən, ittiham olunan da mən...”
Məsələ ilə bağlı “Mone” gözəllik salonu ilə əlaqə saxlanıb. Salondan iddialarla bağlı açıqlama vermək istəmədilər.


Sumqayıtda həyat yoldaşını qətlə yetirən şəxs qazisi imiş - DETALLAR - VİDEO
Bloger tərəfindən təhqir olunan şəhid anası nazirə müraciət etdi - YENİLƏNİB
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB












