Həbs edilən "qumar kralı" 161 milyon manat qazanıbmış - İTTİHAM

Ötən həftə qumarxana təşkil etmə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırması ittihamı ilə həbs edilən Yusif Baqiyev sərbəst qalmaq istəyir.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, “qumar kralı” kimi tanınan Baqiyevin barəsindəki qərardan verilmiş şikayət araşdırılıb.
Bakı Apellyasiya Məhkəməsi ağır cinayətlərdə təqsirləndirilən şəxsin işində hər hansı dəyişiklik olmadığından şikayəti rədd edib. O, məhkəmə salonundan təcridxanaya qaytarılıb.
Bu işlə bağlı qalmaqal yaradan yeni məqam isə vurulmuş ziyanın məbləğidir.
Digər məlumata görə, Yusif Baqiyev qumarxanalar təşkil etməklə 161 milyon manata yaxın pul qazanmaqda ittiham edilir.
Mütəşəkkil dəstə halında törədilən cinayətdən qazanılan pulların böyük bir qismi həqiqi mənbəyini gizlətmək məqsədilə leqallaşdırılıb.
İş üzrə istintaq hələ yeni başlayıb. Gələcəkdə ziyanın həcminin dəyişəcəyi də istisna edilmir.
Qeyd edək ki, Y. Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Binəqədi Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qərarı çıxarıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












