İçkili halda söyüşlə edilən zarafata görə adam bıçaqlayan şəxs tutuldu - YENİLƏNİB

Şəmkirdə söyüş üstdə həmyerlisini bıçaqlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a bildirilib ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1971-ci il təvəllüdlü Arif Hacıyev saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, Şəmkir rayon Şiştəpə kənd sakini, 1988-ci il təvəllüdlü Elnur İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Hadisənin içkili vəziyyətdə, söyüşlə edilən zarafat üstə törədildiyi bildirilir.
***
Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
“Report”un məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.
Şəmkir rayon sakini, 1988-ci il təvəllüdlü E.İsmayılov mübahisə zəminində bıçaq xəsarəti alıb.
O, xəstəxanaya çatdırılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












