İcra hakimiyyəti “Ağ Şəhər”də vətəndaşın obyektini uçurub çınqıla çevirdi - FOTO - VİDEO

Bakının mərkəzində vətəndaşa qarşı özbaşınalıq edilib.
Avtosfer.az xəbər verir ki, paytaxtın Xətai rayonunda sökülməsi nəzərdə tutulan ərazidəki sahibkara qarşı qanunsuz hərəkətlər edilib. Belə ki, Süleyman Vəzirov küçəsində Etibar Namazova məxsus mülk icra nümayəndələri tərəfindən qanunsuz şəkildə sökülüb. Vətəndaş iddia edir ki, Dövlət Reyster Xidmətinin verdiyi çıxarışa əsasən, 1325 kvadrat-metr əraziyə sahib mülk Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən daha əvvəl zərər vurulub, bu gün isə söküntü işlərinə başlanıb.

Etibar Namazovun vəkili, hüquqşünas Əjdər Sarıyev bildirib ki, mülkiyyətçinin sənədlərində hər hansı qanunsuzluq və ya saxtakarlıq yoxdur və sənədin üzərində onun təsdiq edildiyini göstərən QR-kod mövcuddur.

“Bildiyiniz kimi, ərazi Ağ Şəhərə daxildir. Bakının Baş planına uyğun olaraq və şəhərin abadlaşdırılması istiqamətində aparılan işlərlə əlaqədar bu ərazi də plana salınıb. Qanunvericilik mülkiyyət hüquqlarının qorunmasına tam təminat verir. Mülkiyyət hüququ hər hansı dövlət ehtiyacları səbəbilə vətəndaşdan daşınmaz əmlak şəxsin əlindən dövlət nəfinə əmlakın dəyəri bazar qiymətinə uyğun şəkildə ödənilməklə alına bilər. Bu gün Ağ şəhər ərazisindəki qeyri-yaşayış sahələrin hər kvadrat-metri 8000 manatdan hesablanır. Lakin Etibar Namazova aid əmlakı, demək olar ki, əvəzi ödənilmədən əldə etməyə çalışırlar. Deyilənlərə görə bu tələbi irəli sürən Xətai Rayon İcra Hakimiyyətidir. Hansı ki, icra nümayəndələri başqa adamların vasitəçiliyi ilə vətəndaşın əmlakını əlindən almağa, eləcə də sökməyə çalışırlar”.
Əmlakın sahibi Etibar Namazov deyib ki, bu məsələlər başlamazdan bir müddət əvvəl Xətai rayon İcra Hakimiyyətinə dəvət edilib.
.jpg)
“Getdim, mənə qiymət təklif elədilər. Mən dedikləri qiymətlə razılaşmadım. Onlar adi yaşayış yeri kimi 1250 manata təklif olunduğu halda, mənə 700 manat məbləğ təklif elədilər. Gedib Xətai rayonunun bu ərazilərində istənilən yerin həm yaşayış, həm də qeyri-yaşayış yeri kimi qiymətini soruşsaq, deyərlər. Heç kim 1250 manata razılaşmır. Mənim obyektimin kənarını uçurublar, kompensasiyamı da verərlər”.
Məsələ ilə əlaqədar icra nümayəndələrindən açıqlama almağa çalışsaq da cəhdlərimiz nəticəsiz qaldı. Onların əvəzinə ərazidə işləyən fəhlələrə göstəriş verən Bayram adlı şəxsin Etibar Namazova məxsus obyektin qapısını niyə bağlaması ilə bağlı dedikləri isə qanunlardan nə qədər xəbərsiz olduğunun sübutu idi.
“Ona görə bağlamışam ki, mənim orda paltarlarım var, əşyalarım var”.
Bir müddət sonra əraziyə özünü təqdim etməkdən boyun qaçıran şəxs yaxınlaşdı və bu gün keçirilən məhkəmənin çıxardığı qərardatı təqdim etdi. Bizə göstərilən qərardadın isə ərazidəki vəziyyətlə heç bir bağlantısı yox idi. Çünki qərardatda qeyd edilmişdi ki, ərazidəki söküntü işləri dayandırılsın, lakin əməkdaşımız ərazidən uzaqlaşmadan, gətirilən texnika vasitəsilə əmlak yerlə yeksan edildi.
Səfər
Tanışı olan qızla avtomobili cızan 26 yaşlı oğlan CƏZALANDIRILDI
Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəməyib - Baş Prokurorluqdan təkzib
Bu küçələrdə piyadalar maşın yolunu səkiyə çevirib - ŞİKAYƏT - VİDEO
“Siz rayon ərazində vertolyotla gəzirsiz?” – Jurnalistdən İCRA BAŞÇISINA MESAJ - VİDEO
Bakıda yolda nəzarətsiz at görüntüləndi – Polis dərhal tədbir gördü - VİDEO
“Opel” çökmüş yola düşdü: Xaçmazda hadisə - VİDEO
İcra başçısı Adil Əliyevin köməkçisi öldü - FOTO
Orta yaşlı kişi hərəkətdə olan avtomobillərin qarşısına qəfil atıldı - VİDEO
“Qurban olum, bir övladım var, maşını saxla” – Uşağını nəzarətsiz qoyan valideyn - VİDEO
Bakıda kişi maşında yatdı, telefonu oğurlandı - ANBAAN VİDEO
Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı















