İşçinin özünü yandırması ilə bağlı şirkətdən AÇIQLAMA

“Salyan Oyl Limited” şirkəti işçinin özünü yandırması ilə bağlı açıqlama yayıb.
Şirkətin mətbuat xidmətindən APA-ya verilən açıqlamada bildirilir ki, “Salyan Oyl Limited” şirkətinin 1 saylı Neft-qaz Çıxarma Sahəsinin 5-ci səhəsinin operatoru Zaur Aydınov bu gün səhər saatlarında şirkətin ofisinin həyətində özünü yandırmağa cəhd edib.
Qeyd olunub ki, iyulun 29-da, məzuniyyətdə olduğu müddətdə, Zaur Aydınovun şirkətdən yanacaq oğurluğu etməsi faktı aşkarlanıb:
“Avqustun 7-də Zaur Aydınovdan faktla bağlı izahat alınıb və o, öz əməlini etiraf edib. Avqustun 16-da səhər saatlarında şirkətin daxili araşdırma komissiyası tərəfindən əlavə izahat və məlumat almaq üçün ofisə dəvət olunan Zaur Aydınov görüş zamanı zəng etmək bəhanəsi ilə ofis binasının həyətinə çıxaraq özünü yandırmağa cəhd edib. Aydınovun cəhdinə şirkət əməkdaşları tərəfindən dərhal müdaxilə edilib və o, təxirəsalınmadan xəstəxanaya təxliyyə olunub. Hazırda Aydınov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti nəzarət altındadır”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












