İsveçdə öldürülən azərbaycanlının atası: “Kiməsə oxşadıblar...”

Bir neçə gün əvvəl İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində qətlə yetirilən Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyevin nəşi hələ vətənə gətirilməyib.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Məhəmmədin atası Rafael Xankişiyev məlumat verib.
O qeyd edib ki, hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı dəqiq məlumatları yoxdur: “Şirvan rayonundanıq. Bir oğlum, bir qızım var. Oğlum 13-14 il idi ki, İsveçdə yaşayırdı. Hələ evlənməmişdi, subay idi. Orada restoranda işləyirdi. Hadisənin necə baş verməsi ilə bağlı bizə heç bir məlumat vermirlər. Ortada ancaq fərziyyələr var”. onlayn aptek
Məhəmmədin güllələnmə səbəbi və cənazəsinin Azərbaycana nə vaxt gətirilməsinə gəlincə isə, R.Xankişiyev bildirib ki, bu barədə də onlara hələ dəqiq məlumat verən olmayıb:
“Güllələnmə səbəbi məlum deyil, amma ortada belə bir fərziyyə var ki, səhvən vurublar. Oradakı polis də, prokurorluq da deyir ki, səhvən vurulub - kiməsə oxşadıblar, səhv salıblar. Deyirlər, iş polisdədir, araşdırma aparılır. Cənazə barədə də dəqiq məlumatımız yoxdur. Dediklərinə görə, bu gün oğlumun meyitini verəcəklər. Əgər bu gün versələr, yəqin ki, sabaha gələr. İstintaq getdiyi üçün dəqiq nəsə bilmirik, gözləyirik”.
Xatırladaq ki, hadisə iyulun 30-u baş verib. İsveçdə yaşayan həmyerlimiz Məhəmməd Xankişiyev evinin yaxınlığında naməlum şəxs tərəfindən açılan atəşlə qətlə yetirilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












