Jurnalistlər binasının qarşısında işıqfor işləmədi, NİİM işə qarışdı - RƏSMİ - VİDEO

Paytaxtın Səbail rayonu, Jurnalistlər binasının qarşısındakı işıqforun işləməməsi vətəndaşların narazılığına səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, problemlə bağlı jurnalist Günay Yelmarqızı sosial şəbəkə hesabında paylaşım edib. O, sözügedən ərazidəki işıqforun bir neçə gün öncədən işləmədiyini bildirib. Nəticədə ağır yol-nəqliyyat hadisəsinin baş verdiyini vurğulayan jurnalist işıqforun düzəlmədiyi halda yeni qəzalara səbəb olacağını qeyd edib. Xoşagəlməz mənzərəylə qarşılaşan digər jurnalistlər də məlumatı təsdiqləyiblər.
Səbail rayonu, Yeni Salyan yolu-20 ünvanında (jurnalistlər üçün inşa edilmiş binaların yaxınlığında) yolda olan işıqforun işləməsi ilə bağlı bəzi hallarda texniki problem yaranır. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Ömər Xıdırov bildirib ki, problemin yaranmasına səbəb işıqforun özündə yox, ona verilən elektrik mənbəyi ilə bağlıdır. Belə ki, bir neçə ilə əvvəl binada yaşayan sakinlərin müraciəti əsasında yola işıqfor qoyulub. Həmin vaxt ərazidə mövcud infrastruktur (eleketrik xətti) olmadığından işıqfora binanın ümumi elektrik xəttindən enerji verilməsi təmin edilib. Hazırda binanın həyətində olan mövcud işıqlanma sistemində bəzi hallarda qısaqapanmaların olması ümumi elektrik mənbəyi xəttinə təsir göstərir və bu səbəbdən yolda olan işıqforın işində problem yaranır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən binanın elektrik mənbəyində olan problemin aradan qaldırılması, ümumilikdə alternativ olaraq elektrik xəttinin çəkilməsi istiqamətində işlər görülür. İşlərin qısa müddətdə tamamlanması nəzərdə tutulub.
Nərmin
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO















