Kabo Verdedə avtobus uçuruma yuvarlandı, 22 nəfər həlak oldu

Hadisə 6 Sentyabr 2026 13:24
Kabo Verdedə avtobus uçuruma yuvarlandı, 22 nəfər həlak oldu
WhatsApp kanalımıza abunə olun

Kabo Verdenin Foqu adasında avtobusun dərəyə aşması nəticəsində 22 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə rəsmi şəxslərə istinadən "Lusa" agentliyi məlumat yayıb.

Bildirilib ki, ekskursiyadan qayıdan avtobus San-Filipe bələdiyyəsinin şimal dağlıq ərazilərində, Şan-daş-Kaldeyraş və Kampanaş-di-Sima arasındakı yolda hərəkət hissəsindən çıxaraq təxminən 30 metr hündürlükdən dərəyə yuvarlanıb.

Həlak olanlar arasında orta məktəb şagirdləri, eləcə də sürücü var.

"6-11 yaş arası daha 18 məktəbli xəstəxanadadır. Dördünün vəziyyəti ağırdır", - məlumatda qeyd olunub.

Foqu rəsmiləri həlak olanlarla bağlı iki günlük matəm elan ediblər.

Həmçinin ölənlərin sayının arta biləcəyi ilə bağlı xəbərdarlıq edilib.\report

Oxunub : 86
ŞƏRH YAZ
Ad

E-mail

Şərh