Qazaxda AĞIR QƏZA: İki qardaş...- FOTO - YENİLƏNİB

Qazax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) cavab olaraq bildirilib ki, sentyabrın 6-da saat 08 radələrində qəza nəticəsində xəsarət alan 2 yeniyetmə (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
2010-cu il təvəllüdlü yeniyetmənin vəziyyəti qənaətbəxş qiymətləndirilib və o, ambulator müalicə üçün evə buraxılıb.
2013-cü il təvəllüdlü yeniyetmənin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir./oxu.az
***11:00
Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 13 yaşlı T.Qulizadə və 14 yaşlı T.Qulizadə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.
Məlumata görə, qəzada xəsarət alan yeniyetmələr qardaşdırlar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
Bakıda minik maşını yük avtomobilə çırpıldı: ÖLƏN VAR
Bakıda yük maşını qəza törətdi, hərəkət məhdudlaşdırıldı
Bakıda iki avtomobil toqquşdu, yol nişanı aşdı - VİDEO
Masallıda minik avtomobili yük maşınına çırpıldı: Ölən var - VİDEO
Kəlbəcərdə ər-arvad qəzaya düşdü - Ölən var - FOTO
Qadın sürücü avtobusa yol verməyib qəza törətdi; digərini təhqir etdi - VİDEO - FOTO
Bakıda dəhşətli qəza: “Lada” yük maşınının altında qaldı - VİDEO
Xırdalanda avtomobil açıq lyuka düşdü – VİDEO - YENİLƏNİB
Neftçalada minik maşını avtobusa çırpıldı - ÖLƏN VAR
Prospektdə zəncirvari qəza – Xəsarət alan var - VİDEO
Nasaz avtomobil 2 gəncin həyatına son qoydu - VİDEO














