Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - FOTO

Azərbaycan səhiyyəsinə ağır itki üz verib.
Avtosfer.az xəbər verir ki, uzun illər müxtəlif xəstəxanaların baş həkimi işləmiş Əməkdar həkim Vaqif Cəfərov vəfat edib.
O, uzun sürən xəstəlikdən sonra 78 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Vaqif Cəfərov 1948-ci il may ayının 9-da Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub.
Azərbaycan Tibb Universitetini bitirib.
O, 1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi, 1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi, Yasamal Səhiyyə şöbəsinin müdiri, Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində işləyib. Səhiyyə Nazirliyinin kollegiya üzvü olub.
2000-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə Əməkdar həkim fəxri adına layiq görülüb.
V.Cəfərov ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edib. O, ömrünün sonunadək hakim Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatı İdarə Heyətinin üzvü olub.
Xatırladaq ki, Vaqif Cəfərov Azərbaycanın görkəmli dövlət və siyasi xadimi mərhum Yunis Rzayevin bacısı oğludur. (Ölke.az)

Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












