Türkiyə hakimiyyəti Ərdoğanın qərarından sonra körpülərin aqibətinin necə olacağını açıqlayıb

Türkiyənin Maliyyə Nazirliyi İstanbulda yerləşən körpülərin və avtomagistralların mümkün satışına dair məlumatları təkzib edib.
Avtosfer.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda vurğulanıb.
Qeyd olunub ki, Türkiyə dövləti bu obyektlər üzərində mülkiyyət hüququnu özündə saxlayır.
Hazırda hakimiyyət orqanları obyektlərin müvəqqəti konsessiya idarəçiliyi şərtləri ilə özəl operatorların idarəetməyə cəlb edilməsi imkanını araşdırır.
Nazirlik həmçinin vurğulayıb ki, hazırda tender prosedurlarına başlanılmayıb. Daha əvvəl prezident tərəfindən imzalanmış sərəncam isə yalnız istismar hüququnun verilməsinin məqsədəuyğunluğunu qiymətləndirmək üçün hazırlıq mərhələsinə start verir.
Qurum Türkiyənin avtomagistrallarının dövlətə hər il 600 milyon dollar xalis gəlir gətirməsi ilə bağlı iddiaları da təkzib edib. Belə ki, bu vəsaitin təxminən 300 milyon dolları yolların mövcud vəziyyətinin qorunmasına, təmir işlərinə, infrastrukturun modernləşdirilməsinə və xidmət göstərən personalın əməkhaqlarının ödənilməsinə sərf olunur.
Bundan əlavə, Türkiyə hakimiyyəti mövcud pulsuz avtomagistralların ödənişli yollara çevrilməsi ilə bağlı heç bir planın olmadığını bildirib və hazırkı gediş tariflərinin artırılacağına dair iddiaları da təkzib edib.
Agentliyin məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir gün əvvəl Bosfor üzərində yerləşən iki körpünün və on avtomagistralın 30 il müddətinə özəl idarəetməyə verilməsinə imkan yaradacaq qərar imzalayıb.
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS












