Kafedə tanımadığı kişini bıçalayan şəxs azadlığa buraxılıb

Tanımadığı şəxslə mübahisə edərək onu bıçaqlamaqda təqsirləndirilən Rüstəm Qənbərlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rüstəm Qənbərliyə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona cəza kimi 3 il şərti olmaqla 2 il sınaq müddəti verilib.
Rüstəm Qənbərli məhkəmə zalından sərbəst buraxılıb.
Xatırladaq ki, dövlət ittihamçsı təqsirləndirilən şəxsin 5 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən "111" adlı kafenin qarşısında baş verib. İttihama görə, Rüstəm Qənbərli kafedə yeyib-içdikdən sonra çölə çıxıb. Bu zaman kafenin qarşında bir neçə şəxs mübahisə edib. Onları ayırmağa çalışan R.Qənbərli cibində olan bıçaqla Qurbanov Aydın Adəm oğluna bir bıçaq zərbəsi vurub. Bundan sonra 2-ci polis bölməsinin əməkdaşları Rüstəm Qənbərlini şübhəli şəxs qismində saxlayıb və ona qarşı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












