Kafedə tanışına xəsarət yetirən şəxsə AĞIR CƏZA

Xaçmazda tanışını öldürməyə cəhd edən Faiq Cəbrayılovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Faiq Cəbrayılov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il martın 2-də Xaçmaz rayonunun Qaraqurdlu kəndi ərazisində yerləşən kafedə baş verib.
İttihama görə, Faiq Cəbrayılov aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Kamran Niftəliyevi qəsdən öldürməyə cəhd edib.
Faiq Cəbrayılovun bu əməli törətməsinə səbəb K.Niftəliyevin sərxoş vəziyyətdə ona təhqir etməsi olub. Hər iki şəxs kafedən uzaqlaşdıqdan sonra zərərçəkmiş şəxs həmin mübahisəyə görə F.Cəbrayılova kiçik xəsarət yetirib.
Bu zaman təqsirləndirilən şəxs cibində gəzdirdiyi kəsici-deşici alətlə qəsdən ümumilikdə 17 dəfə ardıcıl zərbə vuraraq K.Niftəliyevi öldürməyə cəhd edib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












