"Komedixana"nın aktrisası Zarina Qurbanovanın atası HƏBS EDİLDİ

Dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yardım" İctimai Birliyinin sədri Şahid Qurbanova hökm oxunub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1 (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (Dələduzluq - təkrar törədildikdə), 178.2.3 (Dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (Dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə mühakimə olunan Şahid Qurbanova 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İş materiallarından məlum olur ki, Şahid Qurbanov bir neçə nəfərə qarşı dələduzluq əməli törədib. O, Elxan Ələddin oğlu Qasımovu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmək adı ilə 10 min manat pulunu ələ keçirib.
İlham İslam oğlu Məmmədovdan 9 min manat, Akif Rəhim oğlu Akiflidən isə 14 min 900 manat alaraq, işə düzəldəcəyini və onları mənzillə təmin edəcəyini vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.
Qeyd edək ki, Şahid Qurbanov "Komedixana" aktrisası Zarina Qurbanovanın atasıdır.

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












