Külli miqdarda rüşvət alan bankir ölüm cəzasına məhkum edilib

Çinin Hancou şəhər məhkəməsi Sənaye və Kommersiya Bankının (ICBC) sabiq vitse-prezidenti Can Honqlini rüşvət almaqda təqsirli bilərək, 2 illik möhlətlə edam cəzasına məhkum edib.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, məhkəmə prosesində sabiq bankirin 2011-2022-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən səlahiyyətlərindən sui-istifadə etməklə, bəzi şirkətlərin və fərdi şəxslərin qanunsuz yollarla mənfəət əldə etməsinə şərait yaratdığı bildirilib. O, həmin işlərin qarşılığında 177 milyon yuan (təxminən 24,4 milyon ABŞ dolları) dəyərində bahalı hədiyyə və nağd pulu rüşvət kimi alıb.
Can Honqli istintaqın gedişində cinayətini etiraf edib, habelə istintaqa məlum olmayan rüşvət faktlarını könüllü açıqlayıb. O, cinayət yolu ilə əldə etdiyi qazancı geri qaytarıb. Məhkəmə sabiq bankirin şəxsi əmlakının müsadirə olunmasına da qərar verib.
Qeyd edək ki, bankın sabiq vitse-prezidenti haqqında araşdırma 2023-cü ilin noyabrında başlayıb. Çin Kommunist Partiyası sıralarından xaric edilən sabiq bankirə qarşı ötən ilin yanvarında prokurorluq rəsmi ittiham irəli sürüb.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












