Masallıda yanan ev məşhur həkimin imiş: "Yarım milyondan çox ziyan dəyib"

Bu gün Masallı şəhərində 1955-ci il təvəllüdlü Vaqif Oruc oğlu Qurbanova məxsus evdə yanğın olub. Ümumi sahəsi 216 kv olan evin mansar (çardaq) hissəsindən başlayan alov əsasən evin 2-ci mərtəbəsini əhatə edib. “Qaynarinfo”nun məlumatına görə, yanan ev rayonun məşhur həkimi Vaqif Qurbanova məxsus olub.
Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi, Baş terapevti, Tibb üzrə fəlsəfə doktoru (kardioloğiya), ABŞ Med Scape-in üzvü Qurbanov Vaqif Oruc oğlu saytımıza açıqlamasında sözügedən evi 35 ilə tikdiyi deyib:
"35 illik zəhmətim yandı. Yanğın baş verəndə evdə tək idim, yatmışdım. Birdə ayılıb gördüm ki, ev yanır, artıq divardan başqa heç nə qalmayıb. Yarım milyondan çox ziyan dəyib. Bütün sənədlərimiz, qızıllarımız və evdə lazım olan hər şey yandı".
Həkim yanğının nədən baş verməsini açıqlamasa da, hadisədən ciddi sarsıntı keçirdiyini bildirib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












