Maşını tapılan özü itkin düşən Vətən müharibəsi qazisinin FOTOSU - DETALLAR - YENİLƏNİB

Samur-Abşeron kanalının "Şəfəq" qəsəbəsindən keçən hissəsində 44 günlük Vətən müharibəsinin iştirakçısı Abusət Əliyevin idarə etdiyi avtomobilin kanala düşməsinin bəzi detalları məlum olub.
İddialara görə, gecə saat 01:00 radələrində A.Əliyev bu yoldan istifadə edərkən maşın idarəetmədən çıxıb. Avtomobili kanaldan çıxartmaq mümkün olsa da, Abusət Əliyevin axtarışları davam etdirilir.
Qonşuların bildirdiyinə görə, o, həyətdən maşınla sürətlə çıxıb. Onlar əraziyə çatanda artıq maşının batdığını görüblər. A.Əliyevə kömək etmək istəsələr də, avtomobilin içərisində heç kəsi tapmayıblar.
Qonşuların sözlərinə görə, səhər saatlarında kanala düşən maşını çıxarıblar, amma A.Əliyev orada olmayıb.
***
Avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə ilkin ehtimala görə içərisində 1 nəfərin olduğu avtomobilin Taxtakörpü su kanalına düşməsi ilə əlaqədar əraziyə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarış işləri davam etdirilir.
Avtosfer.az xəbər verir ki, hazırda batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Əliyev Abusət Xanlar oğlunun axtarışları dalğıc-xilasedicilər tərəfindən fasiləsiz olaraq həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Samur- Abşeron kanalının “Şəfəq” qəsəbəsindən keçən hissəsində avtomobil kanala düşüb.
Avtosfer.az xəbər verir ki, Abusət Əliyevin idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Samur-Abşeron kanalına düşüb.
Maşın sudan çıxarılsa da, A.Əliyev tapılmayıb. Onun axtarışları davam etdirilir.
Qeyd edək ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.
(apa)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












