Məhkəmə bankın sabiq vəzifəli şəxsi barədə qərar verib
Hadisə
6 Avqust 2024 21:22

Məhkəmə 500 min manata yaxın pulu mənimsəməkdə ittiham edilərək həbs olunan ləğv edilmiş “Yunayted Kredit Bank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini Vahid Əliyev barədə qərar qəbul edib. “Report” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında onun şərti olaraq azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.
Məhkəmə qərarına əsasən, müraciət rədd edilib.
Qeyd edək ki, Vahid Əliyev 2016-cı ildə həbs edilib. O, banka pul qoyan 15 müştərinin 500 000 manata yaxın pulunu mənimsəməkdə ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2016-cı ildə "Yunayted Kredit Bank” ASC-nin lisenziyası ləğv olunub.
Oxunub : 876
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 22:29
Sumqayıtda zavodda qanlı hadisə
13 Noyabr 2026 21:59
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
13 Noyabr 2026 17:48
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
13 Noyabr 2026 15:44
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
13 Noyabr 2026 15:18
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
13 Noyabr 2026 13:30
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
13 Noyabr 2026 11:11
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
13 Noyabr 2026 10:23
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
13 Noyabr 2026 09:36
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
12 Noyabr 2026 17:47
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
12 Noyabr 2026 14:06
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
12 Noyabr 2026 12:30
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
ŞƏRH YAZ












