Məhkəmə dələduzluqda ittiham olunan şəxslə bağlı qərar çıxarıb

Özünü vəzifəli şəxs kimi təqdim edərək qanunsuz əməllər törətməkdə təqsirləndirilən İlkin Babayevin digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin hazırki iş üzrə 1 ay 11 gün həbsdə olması nəzərə alınıb və qəti olaraq 1 ay 19 gün azadlıqdan məhrum edilib və 06.06.2022-ci ildə Binəqədi Rayon Məhkəməsinin hökmü ilə ona kəsilmiş 15 000 manat məbləğində cərimə cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, təqsirləndirilən Babayev İlkin Əbülfəz oğlu 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsi ilə ittaham olunub.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çoxsaylı vətəndaşların müraciəti əsasında Babayev İlkin Əbülfəz oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında Muradov Eldar Murad oğlu, Həsənzadə Mobil İsmiəli oğlu, Məmmədov Allahqulu Qudrət oğlu və Ağazadə Asəf Elşad oğlu ilə birgə işə düzəltmə, torpaq sənədlərinin hazırlanması, təhsil sənədlərinin tanıdılması və digər adlarla 32 şəxsdən müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 700 min manatdan artıq məbləğdə, o cümlədən Şəmşirov Nahid Rəşid oğlu ilə cinayət əlaqəsinə girməklə 7 şəxsdən 240 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən əməlləri ilə bağlı İlkin Babayev və digər şəxslərə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və digər maddələri ilə ittiham elan edilib və 27 may 2023-cü il tarixdə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə baxışı davam etdirilir.
Eyni zamanda Nahid Şəmşirov Cinayət Məcəlləsinin 178.3.2, 310-cu və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib və Binəqədi Rayon Məhkəməsinin müvafiq qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Baş İdarədə Babayev İlkin Əbülfəz oğlu barəsində əvvəllər Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və digər maddələri 3 cinayət işinin ibtidai istintaqı aparılıb və hər 3 iş aidiyyəti üzrə məhkəmələrə göndərilməklə, onlardan 2-si üzrə ittiham hökmü çıxarılıb, 1-i üzrə isə bəraətverici əsaslar olmadan icraata xitam verilib.
İlkin Babayevin Bakı istintaq təcridxanasında saxlanıldığı müddət ərzində Cinayət Məcəlləsinin 317-2.1-ci (istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan edilmiş əşyaların gəzdirilməsi, saxlanılması və istifadəsi) maddəsilə cinayət məsuliyyətinə cəlb edilib və həmin iş baxılması üçün aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə göndərilib.
Maşının kapotu üzərində 20 km sürükləndi - VİDEO
Müğənni Nəfəs "Lorenzo Home"dan şikayət etdi: "8 aydır evimə köçə bilmirəm" - VİDEO
Zabrata 3 gündür su verilmir; xətdə qəza baş verib – RƏSMİ AÇIQLAMA – VİDEO
Xəzərin sahilində minlərlə ölü quş tapıldı - FOTOLAR
Keçidin yaxınlığından yolu keçən piyadalar təhlükə yaratdılar - VİDEO
Motosikleti səkiyə çırpıb ölən sürücü birinci kurs tələbəsi olub
Balları və cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB - DİQQƏT
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO










