Məhkəmədə hakimə itini tərifləyən şəxsin şikayəti təmin olunmadı

Bakıda küçədə itini ağızlıqsız gəzdirdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 290.1.4.-cü maddəsi ilə 200 məbləğində cərimə edilən şəxs məhkəməyə şikayət verib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, Z.B. adlı şəxs Nərimanov rayonunda iti ilə gəzərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb onun cilovlu itini ağızlıqsız gəzdirməsi olub.
Z.B. cərimənin haqsız olduğunu düşünərək, Nərimanov Rayon Məhkəməsinə şikayət verib. Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən məhkəmədə həmin şəxs cərimələnməsinə səbəb olan Labrador cinsindən itini tərifləməyə başlayıb. O, əvvəlcə boyu yarım metrdən çox olan itinə ağızlıq taxmağın tələb olunmadığını, bu cinsdən olan itlərin dünyanın ən təhlükəsiz və aqressiyası olmayan it cinsinə aid ediliyini deyib. Onun sözlərinə görə, Labrador cinsli itlər təbiətlə ünsiyyətdən zövq almaq istəyən, ağıllı və itaətkar, şəvqətli, əsl dost, həddindən artıq ürəyi yumşaq, aqressiyası və ya kobudluğu olmayan cinsdir, təbiətcə xeyirxahdır:
"Labrador özünəməxsus keyfiyyətlərinə görə yoldaş, bələdçi, xilaskar kimi istifadə edilə bilən, partlayıcı maddələr və narkotik maddələr axtaran bir ov itidir. İngiltərə itlər cinsinə aid olan bu it ingiltərəlilər tərəfindən ova gedərkən yoldaş olması məqsədi ilə saxlanılan bir cinsdir, əsla insanlarla işi olmayan, yalnızca ov edərkən quşlara reaksiya verən, özünə şikar kimi yalnız çöl quşlarını görən bir it cinsi kimi tanınır".
Sonda Z.B. Labradorun yalnız iş keyfiyyətləri sayəsində deyil, həm də şəhər şəraitində rahat saxlama, mükəmməl qeyri-aqressiv xarakter və digər ev heyvanları ilə yaxşı ünsiyyət qurma bacarığı sayəsində bu cins itlərə ağızlıq taxmağa ehtiyac olmadığını bildirib və şikayət ərizəsinin təmin olunmasını məhkəmədən xahiş edib.
Hakim isə itlərin cilovsuz, iri itlərin isə həmçinin ağızlıqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə görə 200 manat məbləğində cərimə edildiyini xatırladıb və şikayətini təmin etməyib.
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO
Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ
Ağdaşda VAZ su kanalına düşdü
Bakıda müğənnini küçədə DÖYDÜLƏR - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü - VİDEO
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ










