Məhkəmədə zərərçəkən təqsirləndirilən şəxsi ağır formada təhqir etdi - 186 minlik cinayət işi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Məmməd Ağakişiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.
Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə, təqsirləndirilən şəxsin vəkili Namik müəllimin vəsatəti əsasında əlavə şahid qismində İmran Əliyev dindirilib. O bildirib ki, 02.08.2023-cü il tarixdə Məmməd Ağakişiyevin yanına Kürdəxanı bələdiyyəsinə gedib və onu götürərək ata-baba yurdunun yerini göstərib ki, sənədləşdirsin.
Zərərçəkənlər isə şahidin həmin gün Məmməd Ağakişiyev ilə bir yerdə olması barədə rəsmi görüntü tələb ediblər.
Digər ifadə verəcək Şükür adlı şahid Moskvada olduğundan onun məhkəmədə dindirilməsi mümkün olmayıb.
Zərərçəkənlər şahid İmran Əliyev barədə düzgün ifadə vermədiyi üçün cinayət işinin başlanmasını istəyiblər. Məhkəmə isə vəsatətə baxılmasını sənədlərin tədqiqi mərhələsinə kimi baxılmamış saxlanılması barədə qərar çıxarıb.
Zərərçəkən şəxs, özünü qazın kimi təqdim edən Rauf Dadaşov məhkəməyə cinayət işinə aid olan disk təqdim edib və baxılmasını xahiş edib. Hakim Fərid Namazov zərərçəkənlərin vəsatətini təqdim edib.
Qeyd edək ki, diskdəki səsdə Rauf Dadaşovun Kürdəxanı kəndindən olan bir şəxslə arasında olan telefon danışığı olub. Səs yazısında Rauf Dadaşov təqsirləndirilən Məmməd Ağakişiyevi ağır formada təhqir edərək onu pul ilə yalançı şahidlər tutmaqda günahlandırıb. Hətta hakim korpusu digər disklərə məhkəmə zalında baxmaqdan imtina ediblər.
Təqsirləndirilən şəxsin vəkili Namiq müəllim hakimə vəsatət verib və vəsatətini məhkəmədə elan edib: "2023-cü ilin 24 oktyabr tarixində cinayət işi başlanıb və Məmməd Ağakişiyevə axtarış veriblər. 7 gün isə ərzində də saxlayıblar. Halbuki Məmməd Ağakişiyev həmin vaxt Kürdəxanı bələdiyyəsində şöbə müdiri kimi işləyib. O belə işdə işləyə-işləyə necə istintaqdan yayına bilər? Şəxsin ifadəsi alınmadan necə cinayət işi başlamaq olar? Yasamal RPİ-nin müstəntiqi dedi ki, 25 faiz ödəyin cinayət işinə xitam verilsin. Məmməd Ağakişiyevin də həyat yoldaşı həmin 5 min manat məbləği ödədi".
Həmçinin məhkəmə prosesində 2023-cu ilin 31 iyul tarixindən 2 avqust tarixinə kimi Məmməd Ağakişiyevin hər iki nömrəsinin anten məlumatlarının çıxarılması barədə hər iki tərəf tərəfdən verilən vəsatət təmin olundu.
Məhkəmə prosesi 10 mart tarixinə kimi təxirə salınıb.
İttiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Xatırladaq ki, Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.
Əks yola çıxan skuter sürücüsü qarşıdan gələnlərə qorxulu anlar yaşatdı - VİDEO
Avtobusda 9500 manat tapıb mənimsəyən şəxs saxlanıldı - Pul sahibinə qaytarıldı - VİDEO
Aşınmış və işıqlandırılmayan bu küçə sürücülərə təhlükə yaradır - VİDEO
Rusiyaya zərbələr qlobal inflyasiya riski yaradır
Bakıda nasaz avtobus qəza şəraiti yaratdı, sürücü sərnişinləri təhqir etdi - VİDEO
Paytaxtda yanacaqdaşıyan maşın ALOVLANDI - VİDEO
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO










