Məktəblilərin ölümünə səbəb olan sürücüyə 8 İL 6 AY HƏBS VERİLDİ - FOTO

Zaqatalada sərxoş halda və sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə 3 məktəblini vuran şəxsin məhkəməsi başa çatıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1989-cu il təvəllüdlü Emin İbrahimova hökm oxunub.
Cinayət Məcəlləsinin 263-1.4-cü maddəsi ilə təqsirli bilinən şəxsə 8 il 6 ay həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, E.İbrahimov hadisə vaxtı yüngül dərəcəli sərxoşluq halında olub. O, ifadəsində bildirib ki, idarə etdiyi “Mercedes” markalı avtomobildə texniki nasazlıq olub və hadisə bu səbəbdən baş verib.
Xatırladaq ki, hadisə ötən ilin fevralında saat 13:00 radələrində Zaqatala rayonu Göyəm kəndində qeydə alınıb. E.İbrahimov sürücülük hüququ olmadan, eləcə də etibarnaməsiz idarə etdiyi “Mercedes” markalı, 39-BB-320 dövlət qeydiyyat nişanlı avtomobillə dərsdən çıxıb yol kənarı ilə evə gedən 5-ci sinif şagirdlərini vurub.
Nəticədə, azyaşlılardan 2013-cü il təvəllüdlü Ramazan İsayev və Kamal Permadov hadisə yerində həyatlarını itirib, İbrahim İbrahimzadə isə ağır xəsarətlər alıb.


Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












